Azərbaycanın xalq artisti, reper və müğənni Miri Yusif yaradıcılığa “Dəyirman” qrupunun tərkibində başlamışdır. Qrupla bərabər bir çox hitlərə imza atmışdır və 2006-cı ildə ilk solo albomu olan “Avara” ilə yaradıcılığını davam etdirmişdir.
Solo fəaliyyəti 2010-cu illərdə yüksəlişə keçən Miri Yusif bu 10 illiyə “Ağ Təyyarə”, “Bir Siqaret”, “Mən Küləyəm”, “Ad Günü” kimi hitlər buraxmışdır.
Azərbaycanın ən böyük konsert saraylarında konsertləri keçirilmişdir. 2019-cu ildə Xalq artisti fəxri adına layiq görülən sənətçi aktiv yaradıcılığını davam etdirir.